ABŞ Prezdenti Donald Tramp ötən günlərdə vəfat edən məşhur kantri müğənnisi Dolli Partonla Ağ Evdə qol-qola gəzdiyini əks etdirən süni intellektlə hazırlanmış foto paylaşıb.
Kulis.az xəbər verir ki, Trampın "Truth Social" hesabındakı bu paylaşımı sənətçinin milyonlarla pərəstişkarının kəskin etirazına səbəb olub.
Onlar prezdenti ikiüzlülükdə və Partonun xatirəsinə hörmətsizlikdə günahlandırıblar.
Tənqidçilər Tramp administrasiyasının daha əvvəl Partonun uşaqlar üçün təsis etdiyi fondun büdcəsini kəsdiyini və sənətçinin həyatı boyu müdafiə etdiyi dəyərlərin Trampın siyasi mövqeyi ilə tamamilə ziddiyyət təşkil etdiyini xatırladıblar.
Məşhur ifaçının bacısı Stella Parton da Trampın siyasətini heç vaxt dəstəkləmədiklərini bildirib.
Sənətçinin tərəfdarları bu paylaşımı "qəlbsiz və beyinsiz" adlandıraraq fotonu sərt tənqid ediblər.
Tramp müğənni ilə fotolarını paylaşdı - Tənqid olundu