Sabir Rüstəmxanlı: "Niyə millət vəkillərinə belə ögey münasibət olmalıdır?"

Sabir Rüstəmxanlı:  "Niyə millət vəkillərinə belə ögey münasibət olmalıdır?"
15 noyabr 2023
# 11:40

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Milli Məclisin deputatlarının başqa qayğıları da var, onu başqa iclaslarda demək mümkün deyil: "Əvvəllər diplomatik pasportla deputatlar xaricə səfərlərə öz ailə üzvlərini yanında apara bilirdilər. Hətta deputat özü getməsə də, ailə üzvləri aeroportda VİP salondan istifadə edə bilirdilər. Amma indi özün gedirsənsə, ailə üzvlərin VİP salondan istifadə edə bilir, amma özün getmirsənsə, yox. Niyə millət vəkillərinə belə ögey münasibət olmalıdır? Mən özüm getmirəm, amma istəyirəm ailə üzvüm VİP salondan istifadə etsin. Millət vəkili diplomatik pasportdan ancaq xidmət etmək üçün istifadə edir, amma deputat olmayan kimi bu pasport qaytarılmalıdır”.

# 1009 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #