Venesiyada mükafat qazanan rejissorun yeni filmi "Netflix"də yayımlanacaq

Venesiyada mükafat qazanan rejissorun yeni filmi "Netflix"də yayımlanacaq
31 oktyabr 2026
# 12:00

Cənubi Koreya kinosunun tanınmış rejissorlarından Li Çan Donq səkkiz illik fasilədən sonra yeni filmi ilə tamaşaçıların qarşısına çıxır.

Kulis.az xəbər verir ki, “Possible Love” adlı ekran əsəri noyabrın 6-dan etibarən "Netflix" platformasında dünya üzrə nümayiş olunacaq.

Film bu il Venesiya Film Festivalında Münsiflər Heyətinin Böyük Mükafatına – “Gümüş şir”ə layiq görülüb.

Rejissor bu dəfə diqqətini fərqli sosial təbəqələrdən olan iki ailənin həyatına yönəldib. Bir-birindən uzaq dünyalarda yaşayan cütlüklərin yolları gözlənilməz şəkildə kəsişir və onların gündəlik həyatında gizli qalan arzular, narazılıqlar, münasibət problemləri üzə çıxır.

Filmin aktyor heyətində Çon Do Yon, Sul Kyon Qu, Co Yo Con və Ço İn Son yer alıblar. Li Çan Donq əvvəlki filmlərində olduğu kimi, bu ekran əsərində də insan münasibətlərinin zahiri görünüşü ilə daxili həqiqəti arasındakı məsafəni araşdırır.

“Burning” filmindən sonra uzun müddət yeni tammetrajlı ekran işi çəkməyən rejissorun qayıdışı Cənubi Koreya kinosunu izləyənlər üçün ilin maraqlı hadisələrindən biridir.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər