Plener əsərlərdən ibarət yaradıcılıq sərgisi açılacaq

Plener əsərlərdən ibarət yaradıcılıq sərgisi açılacaq
4 aprel 2023
# 15:39

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təbiət qoynunda yaradılmış plener əsərlərdən ibarət yaradıcılıq sərgisi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, bu barədə Xətai Sənət Mərkəzindən bildirilib.

Sərgidə iştirak etmək üçün 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkə vətəndaşları mayın 5-dək təqdim edəcəyi əsərin fotosu ilə bərabər ad və soyadı, əsərin adı, ölçüsü və texnikasını qeyd etməklə [email protected] elektron ünvanına göndərməlidir.

Texnika və ölçü sərbəstdir. İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin sərgidə 1 və ya 2 əsər nümayiş olunacaq. Seçimlər bədii şura tərəfindən aparılacaq.

Qeyd edək ki, əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

# 1016 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #