Atatürk: “İngilislərə köləlik etməkdən zövq alan Müsavat hökuməti...”

Atatürk: “İngilislərə köləlik etməkdən zövq alan Müsavat hökuməti...”
5 mart 2013
# 16:37

Türkiyə Böyük Millət Məclisi Ərzurum millət vəkili Durakın imzaladığı deputat sorğusunu cavablandırmaq xahişi ilə Atatürkə təqdim edib. Həmin sorğuda Türkiyənin Şərq cəbhəsində erməni və gürcü hücumlarına cavab verilməməyinin səbəblərini izah etmək xahiş olunur.

Atatürk səfərdə olduğu üçün sorğunu bir qədər gec, 1920-ci ilin 2 avqustunda cavablandırır. O, çıxışının əvvəlində Oktyabr inqilabından danışaraq “bu inqilabın xalqın öz sosialist arzu və istəklərini qətiyyətlə elan etdiyini” vurğulayır. Mövzunun Müsavatla bağlı olan hissəsini təqdim edirik.

Bolşevik hökumətinin öz varlığını qorumaq üçün Türkiyədən kömək istədiyini vurğulayan Atatürk XI Qızıl Orduya Azərbaycanı işğal etmək üçün verdiyi dəstəkdən bəhs edir: “Bizim işarəmiz, təsirimiz və xidmətimiz sayəsində XI Ordu asanlıqla Azərbaycana daxil oldu və azərbaycanlılar da bu ordunu “sükutla qəbul etdi”.

Polşada vəziyyətin pisləşdiyinə görə XI Ordunun bir hissəsinin ora göndərilməsi ilə Qafqazda bolşeviklərin zəifləməsini xatırladan Atatürkün aşağıdakı sözləri çox maraqlıdır: “İngilislərin mütəmadi cəhdləri və provokasiyalarının nəticəsi olaraq ingilislərə köləlik etməkdən zövq alan Azərbaycan Müsavat hökuməti erməni və gürcülərin də dəstəyi ilə Gəncədə bolşeviklərə qarşı üsyan başladı”.

Kulis.Az Atatürkün bu çıxışını heç bir şərh vermədən təqdim etdi.

Məsələ ilə bağlı elmi təhlilləri, tarixçilərin şərhlərini sabahdan çap edəcəyik.

# 6722 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #