“Ona heç vaxt düşmən olmamışam” – Yazarlar Anardan danışdılar

“Ona heç vaxt düşmən olmamışam” – Yazarlar Anardan danışdılar
14 mart 2022
# 15:00

Bu gün Xalq yazıçısı Anarın doğum günüdür. Kulis.az bu münasibətlə Anar Rzayev haqda yazarların fikirlərini təqdim edir.

Xalq yazıçısı Elçin

Vəzifəsiz qalan Elçin Əfəndiyev DANIŞDI: Yeni əsərlər yazacam - Unikal.org

Anar ədəbiyyatımızın, ümumiyyətlə, ictimai fikrimizin, mədəniyyətimizin görkəmli xadimlərindən birisidir. Anar 60-cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatına yeni nəfəs, ovqat, yeni mövzu gətirənlərdəndir. 60-cı illərin əvvəllərində etibarən Anar o zamanın hakim ideologiyasına qarşı ədəbi-estetik mühacirətdə olanlardan idi. Hətta ən birincilərdən oldu. Və bütün yaradıcılığı boyu, uzun illər ərzində Anar bu yeniliyi özündə saxladı. Anar insan psixologiyasına, insanın daxili aləminə müraciət etməyi daha da dərinləşdirdi. Daha artıq dərəcədə ədəbiyyatın materialına çevirdi.

Anar nə dərəcədə gözəl yazıçıdırsa, həm gözəl dostdur. Mən onu yaxından tanıdığım üçün deyirəm, o, həm də gözəl ata, gözəl ailə başçısdır.

Əkrəm Əylisli

Əkrəm Əylisli: “Nazim Hikmət ayrılanda dedi: “Oğlum, ölmək istəyirəm!..”  (MÜSAHİBƏ)

Xalqımızı dünyanın mədəni xalqları ilə bir sırada görmək tarix boyu Azərbaycan ziyalılarının ən böyük arzusu olub. Dahi Mirzə Fətəlinin altı ölməz komediyası bu arzudan doğulub. Mirzə Cəlil “Molla Nəsrəddin”i, Əli bəy Hüseynzadə “Füyuzat”ı məhz bu arzu ilə yaradıb. Sabirin “Hop-hopnamə”si bizə bu arzudan yadigar qalıb. Bu arzu ilə Üzeyir bəy müsəlman şərqinin ilk operasını yazıb. Cəfər Cabbarlının “Sevil”i bu arzunun inqilabi ifadəsidir.

Mən Anarı da həmişə bu insanların arasında axtarmışam. Hərdən görüb, sevinmişəm. Hərdən görməyib, kədərlənmişəm. Mən Anara qarşı bəzən həddən ziyadə sərt olmuşam. Ancaq ona heç vaxt düşmən olmamışam. İndi, məndən üç ay sonra, Anarın 84 yaşı tamam oldu. İstərdim, yüz yaşasın. Və (lənət qafiyəsinə!) düz yaşasın.

Rəşad Məcid

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub  adamam - MÜSAHİBƏ

Bu gün məni Anar müəllimin ad günü ilə bağlı televiziyaya çağırmışdılar, ona təbriklərimi ünvanladım və Anar müəllim haqqında fikirlərimi bildirdim. Onun çoxşaxəli yaradıcılığı, həm bədii – romanları, povestləri, hekayələri, həm kino yaradıcılığı barədə, həm də ictimai xadim kimi Anar müəllimin son illərdəki fəaliyyəti, xüsusən, 2020-ci ildə çıxan “Yaşamaq haqqı” traktatı barədə söhbət açdım.

Anar müəllimin təşəbbüsü ilə zəfərimizdən sonra Qarabağdan olan yazıçıların əsərlərini “Qarabağ dastanı” adlı kitabda toplayıb, çap etdik. Bu da Anar müəllimin Qarabağa sevgisindən irəli gəlirdi.

Anar müəllim vaxtilə Şuşada Üzeyir Hacıbəyovla bağlı “Uzun ömrün akkordları” filmini çəkib. 1986-cı ildə “Qarabağ şikəstəsi” adlı bir esse yazıb. Qarabağın tarixi, insanları barədə. Şuşaya böyük məhəbbət hiss olunan bir essedir ki, “Qarabağ dastanı” kitabında da onu çap elədik.

Anar müəllim həm də dram yaradıcılığı ilə məşğul olub Onun “40 il əvvəl “Şəhərin yay günləri” povesti, qanlı yanvarın 30 illiyində “Şəhərin qış gecələri” adlı, ovaxtkı hadisələrdən bəhs edən pyesi məşhurdur. Həmin pyes Gənc Tamaşaçılar Teatrında tamaşaya da qoyulub.

Anar müəllim bu gün də səmərəli yaradıcılıq fəaliyyəti ilə məşğul olur. Həm tarixi-bioqrafik roman üzərində işləyir, həm onun bir müddət əvvəl yadınızdadırsa, yazdığı “Təhminənin son sirri” hekayəsi necə böyük maraqla qarşılandı və diskussiyalara səbəb oldu. Eyni zamanda, onun “Söz dünyası” adlı çoxcildlikləri çap olunur. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının dəyərləri barədə bir kitabdır. Anar müəllimi ad günü münasibəti ilə təbrik edirəm, ona yaradıcılıq uğurları arzulayıram. Biz Anar müəllimlə çox ölkələrdə səfərdə olmuşuq. Keçən il mayın 12-13-də Şuşada Xarıbülbül festivalında Şuşanın ətrini duymaq mənim üçün böyük bir səadət idi.

Mənim arzum odur ki, Anar məllimin Şuşa sevgisi həm də reallığa çevrilsin. Bizim mədəniyyət paytaxtımızda Anar müəllimin ev muzeyi açılsın. Anar müəllimin Şuşadakı fəaliyyətini də unutmaq olmaz, Anar müəllim ilk əsərini də 14 yaşında Şuşada yazıb. Anar müəllimə uzun illər arzulayıram. Biz onunla tez-tez səfərlərdə oluruq, amma mən indi tez-tez onunla Qarabağda, Şuşada olmağı arzulayıram. Təbrik edirəm.

Zamin Hacı

Şit zarafat edənlərə söyüş qoyuram - Zamin Hacı yazır

Anar müəllimi doğum günü münasibətiylə təbrik edirəm. Şübhəsiz, Anar nəinki Azərbaycan, dünya ədəbiyyatının avtoritetlərindən biridir. Onun yaratdığı Təhminə obrazı humanizmin təntənəsidir. Əgər fikir versəniz, Füzuli Leylini, Tolstoy isə Annanı qətlə yetirir, lakin Anar müəllim uzun illər sonra oxuculara Təhminənin Spartakın bağına yalnız gəzmək üçün getdiyini açıqlamaqla gözümüzdə bir daha ucaldı. Bu, əsl yazıçı mərhəmətidir. Vaxtilə AYB-dən qopub özünü müstəqil elan edən bəzi dılğır yazıçıları təzədən qanadı altına almaqla süni azadlığın, saxta Qərb istehlakçı cəmiyyətinin işə yaramadığını göstərdi. Mən bu əziz gündə Anar müəllimdən sadəcə bir xahiş edərdim: həmişə Nizami Gəncəvi xalçası fonunda əyləşir, artıq ora onun özünün xalçası asılsa yaxşı olardı.

Rasim Qaraca

Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...

Nəhayət, bu yaşda müdrikliyə çatmasını arzulayıram.

Günel Mövlud

Günel Mövlud: “Azərbaycan kişisi əzazil deyilsə, qadın baltalayanlar  kimlərdir?” – Müsahibə

Anara heç nə arzu etmirəm.

# 3958 dəfə oxunub

Müəllifin son yazıları

# # #