Nazirlikdə Xalq artisti ilə görüş keçirilib

Nazirlikdə Xalq artisti ilə görüş keçirilib
17 may 2024
# 09:07

Görkəmli aktyor və kinorejissor, Xalq artisti Əbdül Mahmudbəyovla 80 illik yubileyi münasibətilə mayın 16-da Mədəniyyət Nazirliyində görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə Azərbaycan mədəniyyətinin inkişafına töhfələrinə görə sənətkara nazirliyin Fəxri diplomu təqdim edilib.

Qeyd edək ki, Əbdül Mahmudbəyov 15 may 1944-cü ildə Hacıqabul rayonunda anadan olub. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq ixtisası üzrə (Adil İsgəndərovun kursu) təhsil alıb. 1973-cü ildə Moskvada ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsini bitirib.

O, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Sevinc buxtası”, “Ən vacib müsahibə”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl”, “Üzü küləyə” və s. ekran əsərlərinə quruluş verib.

# 491 dəfə oxunub

Müəllifin son yazıları

# # #