Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı
29 oktyabr 2026
# 15:00

ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda "Nanotirannus" skeleti 42,6 milyon avroya (47,3 milyon dollar) alıcı taparaq rekord qırıb.

Kulis.az xəbər verir ki, "Sotheby's" hərrac evində keçirilən 12 dəqiqəlik gərgin auksiondan sonra "Jodi" ləqəbli fosil dünyada satılan ikinci ən bahalı dinozavr skeleti olub.

Hündürlüyü 2,9 metr, uzunluğu isə 6 metrə çatan fosil 70 faiz tamlığı ilə diqqət çəkir.

Tədqiqatçıların kəşfi olan bu unikal tapıntı alimlər arasında da müzakirələrə səbəb olub; bəzi mütəxəssislər belə nadir fosillərin şəxsi kolleksiyalara satılması əvəzinə muzeylərdə nümayiş olunmasının elmi baxımdan daha əhəmiyyətli olduğunu bildirirlər.

# 111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər