Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi
16 iyul 2026
# 10:16

Rusiyalı tanınmış yazıçı, publisist və memuarçı Mixail Ardov 88 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə filoloq Nikolay Podosokorski özünün teleqram kanalında məlumat yayıb.

Podosokorski xəbəri izləyiciləri ilə bu sözlərlə bölüşüb:

"88 yaşında ata Mixail – rusiyalı yazıçı, publisist, memuarçı və din xadimi vəfat etdi. O, SSRİ Xalq artisti Aleksey Vladimiroviç Batalovun qardaşı idi".

Məlumata görə, yazıçı ömrünün son altı ilini qocalar üçün nəzərdə tutulmuş özəl pansionatda keçirib. Onun dəqiq ölüm səbəbi və vida mərasiminin vaxtı barədə detallar hələlik ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, Mixail Ardov 1937-ci ildə yazıçı Viktor Ardov və aktrisa Nina Olşevskayanın ailəsində anadan olub. O, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra bütün həyatını ədəbiyyata, qələmə və dini xidmətə həsr etmişdi.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər