Arxeoloqlar qədim Pompey şəhərində, Kornelius Maksimusa aid evdə "Vezuvi" vulkanının püskürməsindən əvvəl yaşayan qadınların gündəlik həyatını əks etdirən dolab aşkar ediblər.
Kulis.az xəbər verir ki, əşyalar arasında makyaj ləvazimatları, şüşə qablar, eləcə də uşaqlıq xatirəsi olduğu düşünülən gildən hazırlanmış "crepundia" adlı kolye yer alıb.
Dolabın içində həmçinin toxunma qabın içində gizlədilmiş 38 ədəd bürünc sikkə tapılıb.
Mütəxəssislər bildirirlər ki, ev sakinlərinin əşyalarını götürə bilməməsi onların fəlakət zamanı tələsik qaçdıqlarını və bir daha geri dönə bilmədiklərini göstərir.