“Bridgerton” “Netflix”in ən çox izlənilən serialı oldu

“Bridgerton” “Netflix”in ən çox izlənilən serialı oldu
14 aprel 2022
# 14:30

Romantik janrda olan “Bridgerton” serialının ikinci sezonu cəmi 17 gün ərzində “Netflix”də üçüncü ən populyar ingilis serialı adını alıb.

Kulis.az xəbər verir ki, “Netflix”in aprelin 4-dən 10-dək yeni açıqladığı ilk 10-luq məlumatlarına görə, serial Britaniya televiziya cədvəlində 115,75 milyon saat izlənilib və 91 ölkədə ardıcıl üçüncü həftədir ən çox baxılan serial siyahısına daxil olub.

Beləliklə, serial ümumi 560,50 milyon saat baxışla 3-cü ən populyar serial siyahısına düşüb.

# 1775 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #