Məleykə Əsədovanın vəziyyəti pisləşdi

Məleykə Əsədovanın vəziyyəti pisləşdi
12 yanvar 2023
# 10:00

Xalq artisti Məleykə Əsədova səhhətində problem yarandığını bildirib.

Kulis.az xəbər verir ki, aktrisa buna görə səhnəyə çıxa bilmədiyini deyib:

"Sənətimi sevən tamaşaçılarıma bildirmək istəyirəm ki, səbirsizliklə gözlədiyiniz "Xurşudbanu Natəvan" tamaşası yanvarın 15-də olmayacaq. Son zamanlar yayılan qriplərin mənə də təsiri nəticəsində tamaşa ayın 26-na keçirilib. Allah izn versə 26-da varlığımla, sənətimlə, möhtəşəm Xurşudbanunun qəzəlləri ilə sizləri sevindirəcəyəm".

Əsədova xəstəxanada olduğunu, müalicə aldığını deyib.

# 3190 dəfə oxunub

Müəllifin son yazıları

# # #