Tanınmış şair Qəşəm Nəcəfzadə Audiovizual Şuranın üzvü təyin edilib.
Kulis.az xəbər verir ki, təyinat Audiovizual Şuranın rəsmi saytında açıqlanıb.
“Azərbaycan Prezidentinin 08 oktyabr 2025-ci il tarixli 739 nömrəli Sərəncamı ilə Qəşəm Nəcəfov Audiovizual Şuranın üzvü təyin edilib”.
Qeyd edək ki, Şuranın Q.Nəcəfzadə ilə birgə 6 üzvü var. Audiovizual Şuranın sədri İsmət Səttarovdur.