Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızından niyə imtina edib?

Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızından niyə imtina edib?
6 dekabr 2024
# 18:31

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Ayseldən imtina etməsinin səbəbini açıqlayıb.

Kulis.az xəbər verir ki, o bu barədə iştirak etdiyi proqramda danışıb.

"Rəsmi imtina etmişəm. Qızım deyil, bacımın qızıdır. Bitdi, 35 ildir saxladım, böyütdüm, maddi və mənəvi dəstək oldum. Bundan sonra mənim üçün o adda insan yoxdur.

Bacımın ruhu qarşısında alnım açıqdır, artıq mən məsuliyyət daşımıram. Xoşunuz gələrdi illərlə canını, gözəlliyini həsr edəsən, bir qarnı ac, bir qarnı tox qalıb onu böyədəsən. Amma bir gün gəlib deyir ki, sən nənə yox, nənəliksən.

Uşaqlara deyib ki, anam da, xalam da deyil, Mehribandır. 19 yaşından gedib, məsuliyyətini o ev daşıyır. İmkanım olsa, hətta anamı götürüb buralardan çıxıb gedərəm. Ölsəm, ölümün üstünə gəlməsin.

35 ildir... Nənəlik sözünə ayıldım”. Lent.az

# 575 dəfə oxunub

Müəllifin son yazıları

# # #