Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs edildi

Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs edildi
2 noyabr 2022
# 18:40

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

APA xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

# 2140 dəfə oxunub

Müəllifin son yazıları

# # #