Tanınmış musiqi kollektivləri Bakıya gələcək

Tanınmış musiqi kollektivləri Bakıya gələcək
1 avqust 2019
# 18:40

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən Kulis.az-a bildirilib ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Həmişə olduğu kimi, bu dəfə də festivalın proqramı zəngin olacaq.

# 1967 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #