Cem Yılmaz açıqladı: "Qora 4 Qora" gəlir

Cem Yılmaz açıqladı: "Qora 4 Qora" gəlir
22 may 2024
# 12:02

Cem Yılmaz, Özge Özberk, Özkan Uğur, Rasim Öztekin, Ozan Güven və Şafak Sezer kimi məşhur aktyorların oynadığı 2004 istehsalı "Q.O.R.A" filminin davamı çəkiləcək.

Kulis.az xəbər verir ki, xəbəri filmin ssenari müəllifi Cem Yılmaz sosial media hesabından açıqlayıb:

"Üzr istəyirəm, bundan artıq gözləyə bilmərəm. 20 ildən sonra gələn ləzzət!"

Qeyd edək ki, filmin bundan əvvəl iki davam filmi çəkilib."A.R.O.Q" 2008-ci ildə, "Arif və 216" isə 2018-ci ilə yayımlanıb.

# 511 dəfə oxunub

Müəllifin son yazıları

# # #