Görkəmli rus şair Marina Svetayevanın şeirlərindən ibarət "Cənnətin limanında" kitabı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, bu barədə kitabın tərcüməçisi Məhəmməd Nuri bildirib: "Gümüş əsr rus poeziyasının görkəmli siması Marina Svetayevanın kitabı tərcüməmdə çap olundu.
"Cənnətin limanında" adlı topluda müəllifin müxtəlif vaxtlarda yazılmış 100-dən artıq şeiri, bəzi qeydləri, son məktubları və s. yer alır. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm!"