Luvrdakı ilk sərginin müəllifi - Ona XX əsrin "gözü" deyirdilər

Luvrdakı ilk sərginin müəllifi -  Ona XX əsrin "gözü" deyirdilər
3 avqust 2023
# 21:00

Bu gün fotoreportajın və fotojurnalistikanın "ata"sı Anri Kartye-Bressonun anım günüdür.
Kulis.az bu münasibətlə onun haqqında yazını təqdim edir.

Anri Kartye-Bresson 22 avqust 1908-ci ildə Fransada doğulub.
XX əsrin məşhur fotoqrafı, fotorəssam, fotoreportajın və fotojurnalistikanın "ata"sı sayılır.

Bressonun iş prinsipi belə idi: Hadisələrin təşkilinə, səhnələşdirilməsinə dözə bilmirəm. Bu, dəhşətdir... Əsli saxtalaşdırmaq olmaz. Həqiqəti sevirəm və həqiqəti də göstərirəm.

1947-ci ildə Kartye-Bresson həmkarları Robert Kapa, Devid Seymur, Corc Rocer, Mariya Aysner, Bill Vandivart və Rita Andivert ilə fotojurnalistlər birliyi "Maqnum Foto"nun əsasını qoyurlar.
Luvr muzeyində keçirilən ilk sərgi (1954-cü ildə) Anri Kartye-Bressonun işlərindən ibarət sərgi idi.
Anri Kartye-Bresson 3 avqust 2004-cü ildə 95 yaşında vəfat edib.

Van Qoq və rəssamlıq sinonimləşib. Polifoniya və Bax kimi, balet və Bejar kimi. O cümlədən, Fellini və kino da sinonimləşib… Fotoqrafiyanın sinonimi isə Anri Kartye-Bressondur.

6

Əgər nə vaxtsa fotoqrafiya ensiklopediyasını tərtib etmək imkanımız olsaydı, biz vicdanın etirazına baxmadan belə bir səhv buraxa bilərdik: onu "A" hərfindən yox, - növbəti hərfdən başlayardıq. "Bresson" soyadından.

c94f2abecaa1282a8012bdf93fff3349

Yəqin ki, heç bir şey həyatın hərəkətini, onun qarşısıalınmaz tezötüşünü fotoapparatın sürgüsü qədər əminliklə dayandıra bilməz. Ancaq gerçəkliyin dərinliyini və həcmini, hissiyyatını və sehrini özünə yığan həmin bu “həlledici an” çoxlarının obyektivində baş vermir... Axı gündəlik həyatın axınından bu xəzinəni – uğurlu kadrı – çəkib çıxarmaq üçün müstəsna göz sahibi olmaq lazımdır. Anri Kartye-Bressonun gözü məhz belə idi. Onu belə də çağırırdılar - "XX əsrin gözü". Amma bu xarakteristikanı, tamamilə haqlı olaraq, “uzadıb” bu günə qədər gətirmək olar. Çünki onun kamera obyektivinin görüb “yaxaladığı” reallıq, öz ilkin çoxcəhətliliyini indi də itirmir.

8

111-189

1

Albomunun hər hansı bir səhifəsini açın, reallıq bütün kontrapunktları ilə birgə səslənəcək. Axı onun hər fotosunda ağrı və mərhəmət həyatın gözəlliyi və əzəməti içərisindən sızıb keçir. Hər fotoşəkildə ümid dözülməz qüssəylə ziddiyyətə girir...

10

Kartye-Bressonun çoxsaylı, öz bitkinliyi ilə tamamlanmış foto əsərlərinin harmonik “xaosundan” çıxış yolu – yəqin ki, onun yaradıcılığını əlifba sırası ilə mövzulara və dövrlərə, janrlara və onların əhatə etdiyi qitələrə bölməkdə olar.

11

Alberto Cakomettinin şəkilləri...
Gəzən adamın təsvir olunduğu bu şəkillərdə Bressonun yaradıcı şüuru xüsusi əyaniliklə ifadə olunub. Bu fotoşəkillər obyekt və onun "fiksatorunun" necə üzvi bütövlük təşkil etməsinin dəlilidir.

Альберто Джокометти

Alberto Cakometti – bu parlaq heykəltəraş və rəssamın portretlərini başqa bir görkəmli fotoqraf da çəkib - Paris müğənnisi Rober Duano.

Alberto

Həyatın hərəkəti sanki ruhsuz bir texnika ilə "tutulur"...

"Rəssam Rəssamın gözü ilə"

Duanonun - fotoqraf-lirikin təfsirində Cakometti yorğundur, onu adi paytaxt ziyalısı, bir Paris kafesinin daimi müştərisi kimi də qəbul etmək olar. İşıq Alberto Cakomettinin intəhasız, melanxolik baxışlarını incəliklə bürüyür...

Alberto

OLYMPUS DIGITAL CAMERA

Amma Bressonun Cakomettisi– axtaran, sürətli (gərilmiş ip) – tamamilə fərqlidir. Bu fotolarda Cakometti və Bresson – iki eynimənalı yaradıcılardır.

Portrait of Scupltor Alberto Giacometti

"Foto çəkərkən, sanki bir rəsm çəkirsən, amma bir saniyə ərzində."
Bressonun yaradıcılığı kimi, bu fotoşəkil də – onun irəli sürdüyü tezisin qeyd-şərtsiz təsdiqidir.

Albero

Yeriyən heykəllər arasında yeriyən Cakometti – öz yaradıcılığının proyeksiyasıdır.

14

Bressonun Rəssamı həmişə tələsir – yaratmağa can atır.

Həlledici an

“Həlledici an... Bu anı hiss etməliyik. Sonra hər şeyi intuisiyaya həvalə etməliyik. Bu, instinktivdir. Niyə məhz o an düyməni basmalı olduğumuzu bilmirik. An gəldi. Tut onu”.

2
Bressonun etirafı: "Foto çəkmək – başı, gözü və ürəyi eyni xətt üzərinə qoymaqdır".
Onun fotoları – böyük rəssamın, şairin, filosofun – fotoqraf Anri Kartye-Bressonun geniş açılmış gözləri və böyük ürəyidir.

12

17

19

nargismagazine.az

# 1267 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #