Elvis Preslinin qızı vəfat etdi

Liza Mari Presli

Liza Mari Presli

13 yanvar 2023
# 10:00

Müğənni və rok-n-roll kralı Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib.

Kulis.az xəbər verir ki, 54 yaşlı Liza Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb. Onun ürəyi dayanıb, nəbzini bərpa etmək üçün ona adrenalin iynəsi vurulub. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Anası Prisilla Presley qızının vəfat etdiyini təsdiqləyib. "Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı dəhşətli xəbəri böyük ağrı ilə bölüşməliyəm" deyə, o, bildirib.

Qeyd edək ki, Liza Mari Presli 1968-ci ildə anadan olub və Elvis qəfil öləndə 9yaşlı qız atasının sərvətinin yeganə varisi olub.

# 1405 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #