Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir
26 oktyabr 2026
# 16:00

Dünyaşöhrətli müğənni Kris Braunun keçmişdəki insidenti yenidən gündəmə gəlib.

Kulis.az xəbər verir ki, ifaçı 2023-cü ildə Londondakı gecə klubunda musiqi prodüseri Abraham Diava butulka ilə hücum etməkdə bağlı iş üzrə oktyabrın 26-da məhkəmə qarşısına çıxıb.

Braun iyul ayında ictimai asayişin pozulması ilə bağlı ittihamı qəbul edib və onu üç ilədək həbs cəzası gözləyə bilər.

İş 2023-cü ilin fevralında Mayfairdə yerləşən “Tape” gecə klubunda baş verən hadisə ilə bağlıdır. Prokurorluğun təqdim etdiyi məlumata görə, insident müşahidə kameralarına düşüb və hadisə çoxsaylı insanların qarşısında baş verib. Razılaşma çərçivəsində daha ağır ittihamların bir qismi geri götürülüb. Müğənninin dostu və vokal məşqçisi Omololu Akinlolu da eyni hadisə üzrə özünü təqsirli bilib.

# 123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər