Türkiyəli müğənni Fatih Ürek komaya düşüb.
Kulis.az xəbər verir ki, ifaçı artıq iki aya yaxındır reanimasiyada saxlanılır və hazırda heç bir reaksiyası yoxdur.
Uzun müddət hərəkətsiz vəziyyətdə qalması səbəbindən müğənninin bədənində yaraların yarandığı bildirilir.
Qeyd edək ki, 59 yaşlı sənətçi oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. Xəstəxanaya çatdırıldıqdan sonra onun ürəyi təxminən 20 dəqiqə fəaliyyətini dayandırıb.