Gitara musiqisi konserti olacaq

Gitara musiqisi konserti olacaq
6 dekabr 2023
# 10:44

Dekabrın 8-də Bakıdakı Rus evində keçiriləcək “Sehrli simlər” gitara musiqisi konserti möhtəşəm klassik musiqi əsərlərinin bu musiqi alətində necə gözəl səslənməsinin parlaq nümunəsi olacaq.

Kulis.az xəbər verir ki, konsert Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illiyi çərçivəsində təşkil olunacaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istedadlı tələbələri Raul Hüseynov və Tunar Vəlizadənin ifasında tamaşaçılara dünya klassiklərinin əsərləri və populyar melodiyalar təqdim ediləcək. Gənc ifaçılar dəfələrlə respublika və beynəlxalq müsabiqələrin qalibləri olublar. Elmar Sultanovun yetirmələri tamaşaçıları gözəl bayram konserti proqramı ilə sevindirəcəklər.

Tədbirə giriş sərbəstdir.

# 680 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #