Cinsi istismara görə kinodan ayrıldı

Cinsi istismara görə kinodan ayrıldı
11 may 2023
# 16:00

Təxminən 4 ildir heç bir filmdə rol almayan, Kann mükafatına layiq görülmüş "Yanğında olan bir xanımın portreti" filmindəki rolu ilə məşhur olan fransız aktrisa Adèle Haenel Fransanın Telerama jurnalına yazdığı məktubda aktyorluğu tərk etdiyini açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Haenel məktubunda Fransa kino sənayesinin #MeToo hərəkatına biganə qaldığı və cinsi cinayətlərə biganə qaldığı üçün aktyorluğu tərk etdiyini bildirib.

Daha əvvəl 12-15 yaşları arasında rejissor Kristof Ruggia tərəfindən təcavüzə məruz qaldığını paylaşan 34 yaşlı aktrisa, “Onlar təcavüzkarı qorumaq üçün əl-ələ verirlər, qurbanların buna görə səs-küy salmaları onları narahat edir. Onlar bizim sakitcə ölməyimizi istəyirlər" deyə qeyd edib.

Qeyd edək ki, aktrisa bu yaxınlarda Fransa hökumətinin apardığı pensiya islahatlarına qarşı davam edən etirazlara da qoşulub.

# 1041 dəfə oxunub

Müəllifin son yazıları

# # #