Qismətin kitabı Türkiyədə nəşr olundu

Qismətin kitabı Türkiyədə nəşr olundu
28 iyul 2020
# 14:12

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.

Kulis.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, layihə üzrə yazar Qismət Rüstəmovun “Gələcəyin tarixi” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Gallery

# 1818 dəfə oxunub

Müəllifin son yazıları

# # #