Kinoşünas və kinotənqidçilərin forumu keçiriləcək

Kinoşünas və kinotənqidçilərin forumu keçiriləcək
4 sentyabr 2023
# 17:33

Sentyabrın 6-dan 10-dək Almatıda VIII Bayqanur Beynəlxalq Film Festivalı çərçivəsində MDB ölkələri kinoşünas və kinotənqidçilərinin forumu baş keçiriləcək.

Kulis.az xəbər verir ki, forum çərçivəsində film nümayişləri, ustad dərsləri, seminarlar, tanınmış rejissor və aktyorların mühazirələri, həmçinin kino sənayesinin aktual problemlərinə həsr olunmuş dəyirmi masalar təşkil olunacaq.

Forumun proqramına “Kinoşünaslıqda müasir tendensiyalar və çağırışlar: tədqiqat, təhlil və perspektivlər” mövzusunda panel, kinoşünasların mühazirələri, ustad dərsləri, film nümayişləri və müzakirələr daxildir.

Qeyd edək ki, MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən forumda azərbaycanlı kinoşünas Aygün Aslanlı və rejissor Ülvi Mehdi də iştirak edəcək.

# 766 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #