Azərbaycanlı aktrisa beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı aktrisa beynəlxalq mükafata layiq görüldü
20 iyun 2024
# 14:32

Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Mariya Dubovitskaya “Debütlərin Birliyi” beynəlxalq mükafatının laureatı olub.

Kulis.az xəbər verir ki, “Debütlərin Birliyi” beynəlxalq mükafatının verilməsi üzrə Şura 2023-cü il üçün laureatların adlarını açıqlayıb.

“Debütlərin Birliyi” beynəlxalq mükafatı hər il MDB-nin iştirakçı dövlətlərində humanitar il tematikasına dair keçirilən müsabiqələrdə ən yaxşı əsərlər, işlər və ya nailiyyətlər üzrə qaliblərə verilir.

2023-cü ildə mükafat millətlərarası ünsiyyət vasitəsi kimi Rus dili ilinə həsr olunub.

Bu il ali mükafata 7 Birlik ölkəsindən 8 nəfərin namizədliyi irəli sürülüb. Bütün MDB ölkələrinin tanınmış mədəniyyət və təhsil xadimlərinin daxil olduğu münsiflər heyətinin qərarı ilə mükafatlar yeddi iddiaçıya verilib.

Mükafatların təqdimatı mərasimi sentyabrda MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının qarşıdan gələn Forumu çərçivəsində Ufada baş tutacaq.

# 463 dəfə oxunub

Müəllifin son yazıları

# # #