Anar Nağılbaz oğrulardan film çəkir - VİDEO

<b>Anar Nağılbaz oğrulardan film çəkir</b> - <span style="color:red;">VİDEO
14 sentyabr 2017
# 12:23

Kulis.az-ın verdiyi xəbərə görə, məşhur repçi Anar Nağılbaz yeni bir kinolayihəyə başlamaq niyyətindədir.

Fb səhifəsində filmə sponsorluq etmək istəyənlərə, dostlarına müraciət edən repçi kulis.az-a açıqlamasında şərti olaraq “Bakı oğrusu” adlandırdığı kinolayihəni başlamaq üçün müəyyən artıq maddi və texniki dəstək ala bildiyini söylədi. “Mən müraciət etdim, hər kəs bacardığı köməyi təklif etdi. Tək maliyyə deyil, məsələn çəkilişə lazım olan avtomobillər. Belə məsələləri öhdəsinə götürənlər oldu”.

Onun söylədiyinə görə, ssenaridə əsas xətt kriminal və sevgi xəttidir. Bundan əlavə filmdə manyak obrazı da olacaq.

Filmə yaşlı nəsil tanınmış aktyorları çəkmək və özünü rejissor kimi sınamaq istədiyini deyən Anar Nağılbaz çəkilişləri noyabra planlayır.

# 1145 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #