Aktyor və xanımı Bakıda qətlə yetirildi

Aktyor və xanımı Bakıda  qətlə yetirildi
23 oktyabr 2024
# 10:18

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvad qətlə yetirilib.

Kulis.az xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

Saat 21 radələrində həmin binadakı mənzilllərin birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və həyat yoldaşı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.

Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

# 1027 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #