“Arşın mal alan” yenidən Ankara səhnəsində

“Arşın mal alan” yenidən Ankara səhnəsində
23 oktyabr 2024
# 17:25

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası yenidən Türkiyə səhnəsinə çıxıb.

Kulis.az xəbər verir ki, dünya miqyasında ən çox oynanılan operettalardan olan “Arşın mal alan” Ankara Dövlət Opera və Balet Teatrının repertuarına qayıdıb.

Üzeyir Hacıbəylinin şedevr əsəri 19 oktyabrda Ankara səhnəsində nümayiş olunub.

Operettanın növbəti tamaşaları 28 oktyabr, 4, 13, 25 noyabr tarixlərinə nəzərdə tutulub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

# 457 dəfə oxunub

Müəllifin son yazıları

# # #