Mir Cəlal adına hekayə müsabiqəsinə start verildi

Mir Cəlal adına hekayə müsabiqəsinə start verildi
11 fevral 2020
# 14:50

“Ədibin Evi” (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) Mir Cəlal adına ikinci hekayə müsabiqəsi keçirir.

Kulis.az-ın verdiyi xəbərə görə, müsabiqənin şərtləri elan olunub. Şərtlərə görə, hekayənin həcmi 1500 sözdən çox olmamalıdır. Hekayələrin məzmunu, yazıldığı dillə bağlı hər hansı məhdudiyyət yoxdur. Şərtlərə görə, çap olunmuş hekayələr qəbul olunmur.

Qaliblər I yer: 3000 ₼, II yer: 2000 ₼, III yer: 1000 ₼ (iki mükafat) (üç mükafat) olmaqla mükafatlandırılacaq.

Hekayələr elektron şəkildə [email protected] və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2020-ci ilin may ayında mükafatlandırılacaqlar.

Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır. Mir Cəlal adına hekayə müsabiqəsi “Ədibin Evi” tərəfindən hekayə janrının inkişafına töhfə vermək məqsədilə keçirilir.

# 5245 dəfə oxunub

Müəllifin son yazıları

# # #