Dünyanın ən maraqlı savaş fotoları - Hekayələri ilə birlikdə

Dünyanın ən maraqlı savaş fotoları - Hekayələri ilə birlikdə
6 oktyabr 2020
# 16:56

Kulis.az tarixin ən unudulmaz müharibə fotolarını təqdim edir.

1943-cü ildə mühasirədən sonra Leninqrad və Volxov cəbhəsinin əsgərlərinin görüşünün əks olunduğu bu foto qələbənin simvoluna çevrilmiş görüntülərdən hesab olunur.

Gallery

Ukrayna Cəbhəsinin qoşunları ilə ABŞ Ordusunun birlikləri görüşən zaman sovet tibb bacısı Lyubov Kaziçenko amerikalı əsgər Karl Robinsona çiçək verir.

Gallery

Dünyada məşhur olan bu foto isə müəllifi Coe Rosenthala 1945- ci ildə Pultuzer mükafatı qazandırıb.

Foto II Dünya Müharibəsinin ən dəhşətli müharibələrindən birinin meydana gəldiyi Tokionun təxminən 1000 kilometrliyində yerləşən Iwo Jima adasında çəkilib.

Gallery

Evə qayıdış adlanan bu fotoda 1943- cü ildə Şimali Afrikada panzer taborlarına qarşı döyüşərək qəhrəmanlıq göstərən amerikalı podpolkovnik Robert Mur 16 ay sonra qatarla evinə qayıdıb. Qatardan enən podpolkovniki qarşılayan balaca qızı onun qucağına atlanır və həmin an orda olan fotoqraf Erl Bunker anı ölümsüzləşdirir. Müharibədən sonra unudulmaz bir Amerika mirası sayılan sözügedən kadr cəbhədə olan əsgərlərin ümidinə çevrilib. Bir çox ailələr cəbhədə olan əsgərlərə həmin fotonun əks olunduğu qəzetləri yollayaraq onlara ümid verməyə çalışıb. Erl Bunkerin çəkdiyi bu foto 1944- cü ildə Pultizer mikafatı qazanıb.

Gallery

Çanaqqala Müharibəsinin əks olunduğu bu foto isə ingilislər tərəfdən müharibəni əvvəldən sona qədər izləyən dövrün məşhur müharibə repartyoru Ashmead –Bartlett tərəfindən 1915- ci ildə “Times” dərgisində yayımlanıb. Ashmed fotonun altında qeyd edib ki, avqust ayının 10-da Anzak Birlikləri böyük çaba sərf edərək Conk Bayır səmtinə çata bilsələr də ələ keçirtdikləri yeri qoruya bilməmişdilər. Yalnız Ghurkalardan bir tabor Conk Bayıra çıxa bilmişdi. Lakin türklər qarşı tərəfdən hücuma keçərək təpələr üstündən əsgərlərimizi ətəklərdən qovmuşdu. Bu müharibə nəhənglər ölkəsində nəhənglər müharibəsi idi”.

Gallery

Bu foto da dünyada kifayət qədər məşhur bir foto hesab olunur. Fotoda ukraynalı komandir Aleksey Yeremnko 1941- ci ildə əsgərlərə “atəş aç” əmrini verir.

Gallery

Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli Albert Aqrunovun tank üstündə yerli kanallardan birinə müsahibə verdiyi zaman çəkilən bu foto da xeyli məşhur görüntülərdəndir. Foto o qədər məşhurlaşıb ki, hətta Albertin büstü də bu fotodan faydalanaraq hazırlanıb.

Gallery

On gün əvvəl yenidən başlayan Qarabağ müharibəsində qəhrəman əsgərlərimizin işğaldan azad etdiyi ərazidə, Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu düşmən postuna Azərbaycan bayrağının sancılması əks olunana bu fotonu qələbə simvolu hesab etmək olar.

Gallery

Bu foto günümzdə belə məşhurluğunu saxlayır. Fotoda öpüşən cütlüyün ilk baxışdan sevgili olduğu hiss olunsa da əslində bu iki gənc bir-birilərini heç tanımır. İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın təslim olduğu xəbəri Nyu Yorkda sürətlə yayaılırdı. Gənc və sevincli formaları hələ də əyinlərində olan gənc dənizçi həyəcanına hakim ola bilməyib. Gözünə dəyən ağ geyimli qadını heç düşünmədən qucaqlayıb öpür. Alfred Eyzenştadın ölümsüzləşdirdiyi foto “Life” jurnalında yayımlandıqdan sonra 20- ci əsrin ən məşhur fotolarından biri olub.

Gallery

Bu fotoda Hamburger Təpəsi döyüşlərində yaralanan amerikalı paraşütçüsü Los sərhəddində xəstəxanaya çatdırılmasını gözləyir. Fotoya görə müəllif Pultuzer mükafatı qazanıb.

Gallery

# 4753 dəfə oxunub

Müəllifin son yazıları

# # #