Cenifer Lopezin konsert turu başlanıb

Cenifer Lopezin konsert turu başlanıb
10 iyul 2025
# 17:30

Məşhur ulduz Cenifer Lopez “Up All Night: Live in 2025” adlı konsert turuna start verib.

Kulis.az xəbər verir ki, 55 yaşlı müğənninin ilk konserti İspaniyada olub.

Ümumilikdə bu yay ərzində 21 konsert verməyi planlaşdıran müğənni turun ilk konsertində "On the Floor", "Cenny From the Block", "Dance again" kimi bir çox hitlərini ifa edib.

Bu yay fərqli ölkələrdə çıxış etməyə hazırlaşan sənətçi ilin sonunda Las Veqasda yeni konsert seriyasına başlayacaq.

Qeyd edək ki, Lopez bu yay İstanbul və Antalyada da çıxış edəcək.

# 132 dəfə oxunub

Müəllifin son yazıları

# # #