İlyas Quliyev: “Ümidlə gələn ölüm” -Ən qısa hekayə

İlyas Quliyev: “Ümidlə gələn ölüm” -Ən qısa hekayə
23 dekabr 2013
# 15:00

Kulis.Az İlyas Quliyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ümidlə gələn ölüm” (225 işarə) hekayəsini təqdim edir.

Gözləyirdi hər səhər günəşin üfüqdən baş qaldırmağını. Hər səhər o günəşlə doğan yeni ümidləri. Eyni ilə hər gecə o içinə qonan ümidləri həmin günəşlə yola salırdı. Çünki artıq zaman axmırdı onun üçün. O isə hər yeni günü sevgi ilə qarşılayırdı. Öləcəyini bilə-bilə.

# 1647 dəfə oxunub

Müəllifin son yazıları

# # #