Almadovar ilin ən yaxşı filmlərini açıqladı - Siyahı

Almadovar ilin ən yaxşı filmlərini açıqladı - Siyahı
24 dekabr 2020
# 18:57

Pedro Almadovar 2020-ci ildə çəkilən ən çox bəyəndiyi filmlərin adını açıqlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, ispaniyalı rejissor və prodüser Pedro Almodovar son ilin əsas filmlərini seçib.

Rejissorun siyahısında Kelli Rayxardın "İlk İnək", Tomas Winterberin “Hələ bir dəfə də”, Eliza Hittmanın “Heç vaxt, nadir hallarda, bəzən, həmişə” kimi filmlər yer tutub. Almodovarın siyahısına "Şeytan daima burada", "Sənətçi və oğru" və "Udqun" filmləri də daxildir.

Almadovar meksikalı rejissor Fernando Friaşın "Mən artıq burada yoxam" adlı filmini isə inanılmaz dərəcədə gözlənilməz Meksika filmi adlandırıb.

# 1480 dəfə oxunub

Müəllifin son yazıları

# # #