#

“Peşəkar teatr dərsləri” layihəsinə başlanılacaq

“Peşəkar teatr dərsləri”  layihəsinə başlanılacaq
2 oktyabr 2024
# 13:26

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsini təqdim edir.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Layihə çərçivəsində ilk ustad dərsləri 3-11 oktyabr tarixlərində Qusar Dövlət Ləzgi Dram Teatrında baş tutacaq.

Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif tərəfindən keçiriləcək təlimlərin yekununda tədris edilmiş nəzəri əsasların praktiki nəticəsi olaraq tamaşalar qurulacaq.

Layihə çərçivəsində ölkəmizin müxtəlif regionlarında bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

# # #