"Major" və "İstintaqın sirləri" seriallarındakı rolları ilə tanınan aktyor Dmitri Podnozov vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə onun çalışdığı "Osobnyak" teatrı məlumat yayıb.
Qeyd edək ki, 2025-ci ilin sonunda həkimlər onda beyinə metastaz vermiş ağciyər xərçəngi aşkarlayıblar. Yayın əvvəlində sənətçinin vəziyyəti kəskin pisləşib və o, reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, Podnozov "Osobnyak" teatrının yaradıcılarından biri olub. O, "Yaşayış mühiti", "Peyğəmbər. Aleksandr Puşkinin hekayəsi", "Hökmdar" və digər film, eləcə də seriallardakı parlaq rolları ilə geniş populyarlıq qazanıb.