Koronavirus pandemiyası səbəbiylə bu il ləğv "Eurovision" musiqi yarışmasının yeni formatda keçirilməsi qərara alınıb.
Kulis.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, təşkilatçılar konsertin mayın 16-da nəzərdə tutulan konserti onlayn təşkil etmək qərarı verildiyini bildirib.
Təxminən iki saat davam etməsi nəzərdə tutulan şouda təkcə 2020-ci ildə yarışan iştirakçıları deyil, əvvəlki yarışlarda çıxış edən ən yaddaqalan ulduzlar da dəvət olunacaq.
Xatırladaq ki, mart ayının 18-də "Eurovision" un ləğv olunması ilə bağlı məlumat verilmişdi.