“44” bədii filminin premyerası baş tutacaq

“44” bədii filminin premyerası baş tutacaq
7 sentyabr 2026
# 15:33

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin premyerası baş tutacaq.

Kulis.az xəbər verir ki, qapalı təqdimat mərasimindən sonra ekran işinin nümayişi ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsi üçün davam edəcək.

Yaradıcı heyət premyera ərəfəsində xüsusi təqdimat marafonu da planlaşdırıb. Belə ki, filmə aid 12 fərqli tizer ərsəyə gətirilib və qarşıdakı həftələr ərzində ardıcıl olaraq yayımlanacaq.

Layihənin rəsmi posterlər silsiləsi isə bu gün ictimaiyyətin diqqətinə çatdırılıb.

Qeyd edək ki, "44" filminin ilk tizeri sabah yayımlanacaq.

Xatırladaq ki, filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır.

Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib.

Filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər