Polislə danışan peyğəmbər kim idi? – Cibran Xəlil aforizmləri

Polislə danışan peyğəmbər kim idi? – Cibran Xəlil aforizmləri
29 iyul 2016
# 12:52

Kulis.az Livan yazıçısı Cibran Xəlilin aforizmlərini təqdim edir.

Sfinks mənimlə sadəcə bir dəfə danışdı və dedi: “Bir qum dənəsi çöldür və çöl bir qum dənəsidir və indi təkrar hamımız birdən səssizliyə qərq olaq”.

Sfinksi eşitdim, amma nə demək istədiyini anlaya bilmədim.

***

Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı.

***

Sahibsinizsə ona sahib çıxmağınıza gərək yoxdur.

***

Ağaclar torpağın göyə yazdığı şeirlərdir. Bizlər onları baltalayıb öz boşluğumuzu qeyd etmək üçün kağıza çeviririk.

***

Necə də nəcib bir davranış olardı qəlbi sevinclə dolu birinin oxuduğu şərqini kədərli birinin müşayiət etməsi.

***

Əgər qış , “Bahar mənim qəlbimdədir” desəydi, kim inanardı qışa?

***

Qəlbimin möhürü necə açıla bilər, qırılmadan ?

***

Mənim içimdəki həyatın səsi, sənin içindəki həyatın qulağında eşidilməz; amma yenə də biz özümüzü yalnız hiss etməmək üçün danışaq.

***

Mələklər və şeytanlar məni də ziyarət edirlər, amma mən onları başımdan edirəm. Əgər gələn mələkdirsə ona köhnə bir dua oxuyuram, bezib gedir. Yox, əgər gələn şeytandırsa ona köhnə bir günahı təkrarlayıram, məndən tez uzaqlaşır.

***

Bir dəfə kiçik bir çaya dənizdən bəhs etdim. Çay mənim şişirtməyi sevən xəyalpərəst olduğumu düşündü.

***

Və bir dəfə də dənizə kiçik çaydan danışdım. Dəniz mənim hər şeyi kiçik görən yalançı olduğumu düşündü.

***

Qarışqanın işgüzarlığını çəyirtkənin nəğməsindən üstün tutan baxış bucağı necə də dardır.

***

Bu dünyada ən dəyərli qabiliyyət bəlkə başqa bir dünyada işə yaramaz.

***

Əgər ağırlıq və uzunluq ölçüləri mövzusunda qavrayışımız fərqli olsaydı, Günəşin önündə ehtiramla durduğumuz kimi atəşböcəyinin də önündə də eyni ehtiramla dayanardıq.

***

Bəlkə də balıqqulağına görə dəniz inci deməkdir.

***

Bəlkə də kömür parçasına görə zaman demək, almaz deməkdir.

** *

Kök, şöhrəti heç sayan bir çiçəkdir.

***

Anlaşılmazlıq bəlkə də iki zehin arasındakı ən qısa yoldur

***

Ən zəngin adamla ən kasıb adam arasındakı fərq bir günlük aclıqla bir saatlıq susuzluqdan başqa bir şey deyildir.

***

Sadəcə böyük kədər və ya böyük sevinc sənin həqiqətini ortaya çıxara bilər. Bunun üçün ya Günəşin altında çılpaq rəqs edəcəksən, ya da öz çarmıxını daşıyacaqsan.

***

Mənə qulaq verin, sizə səs verə bilim.

***

Uzun zaman öncə Misirin tozlu torpağına uzandım. Səssizcə və mövsümlərdən xəbərsiz. Sonra yay oyandırdı məni və qalxıb Nilin sahilinə tərəf yeridim. Gündüzlər şərqi söylədim və gecələr xəyal qurdum. Və indi günəş minlərcə ayağı ilə üzərimdən keçir. Və bəlkə təkrar Misirin tozlarının arasına yataram deyə mənə səslənir. Amma bu gizli möcüzəyə bir baxın! Məni toplayıb özümə gətirən böyük günəş, məni parçalaya bilmir indi. Hələ də ayaqlarım üstündəyəm və Nilin sahilində gəzməyə həvəslidir ayaqlarım hələ də.

***

Qədəhim boş olsa buraxaram özümü onun boşluğuna, qədəhimin yarıdolu olmasıdır məni küsdürən.

Hazırladı: Elmi

# 1451 dəfə oxunub

Müəllifin son yazıları

# # #