Almaniya şirkətinin çəkdiyi filmdə azərbaycanlı aktyorlar da var

Almaniya şirkətinin çəkdiyi filmdə azərbaycanlı aktyorlar da var
24 aprel 2021
# 14:43

Almaniyanın “Zeitgeist Filmproduktion” şirkətinin Türkiyədə çəkdiyi “Mərmərə” adlı filmdə Əməkdar artist Rasim Cəfər də rol alıb.

Kulis.az xəbər verir ki, film bir ailədən (ata Həsən, ana Fatma, qız Zeynəb) bəhs edir. Almaniyada yaşayan türk əsilli gənc qadın (Zeynəb) ərini aldatmaqda günahlandırılır. Buna görə də o, müvəqqəti olaraq Berlindən ata-anasının yanına köçmək məcburiyyətində qalır. Lakin Zeynəb burada patriarxal bir həyatla qarşılaşır və valideynlərinin evliliyini də alt-üst edir...

Filmdə ata obrazını Rasim Cəfər oynayır. Fatma və Zeynəbi isə türk əsilli almaniyalı aktrisalar Funda Rozildad və Mərvə Aksoy canlandırır.

Azərbaycanlı sənətçilərdən Roza İbadova da bu filmdə rol alıb. Hazırda Türkiyədə yaşayan Roza İbadova vaxtilə Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmin rejissoru türk əsilli Engin Kondaqdır. /azertag.az/

# 1857 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #