Bu gün Beynəlxalq Ailə Günüdür

Bu gün Beynəlxalq Ailə Günüdür
15 may 2024
# 12:30

BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 1994-cü ildən başlanaraq hər il may ayının 15-i dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.

Kulis.az-ın məlumatına görə, Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub.

Bu əlamətdar gündə dünya miqyasında bütün insanların diqqəti bir daha ailə problemlərinin həllinə yönəldilir. Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsəd daşıyır.

1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsi öz əksini tapıb.

# 413 dəfə oxunub

Müəllifin son yazıları

# # #