İlahə Hacıyeva: "Jurnalistin sualı" Ən qısa hekayə

İlahə Hacıyeva: "Jurnalistin sualı" Ən qısa hekayə
20 dekabr 2013
# 10:00

Kulis.Az İlahə Hacıyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Jurnalistin sualı” (352 işarə) hekayəsini təqdim edir.

Qarabağ müharibəsi, 1993-cü il.

Müharibədə əsirlikdən xilas edilmiş cənab V. Bakıya gətirilərkən bir jurnalist qız ona yaxınlaşır.

Jurnalist qız: Başınıza gələnlər barədə məlumat verə bilərsiniz?

Başını köynəyinin qolu ilə sarıyan və ağrıdan inildəyən cənab V. cavabında: Mənim sağ qulağımı kəsdilər...

Jurnalist qız: Qulağınızı kəsəndə ağrıtdımı?

Cənab V. bir az susduqdan sonra: Sizin sualınız qədər yox!

# 2550 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #