"Titanik" ulduzları ilə şam yeməyi hərraca çıxarıldı

"Titanik" ulduzları ilə şam yeməyi hərraca çıxarıldı
25 iyul 2017
# 14:02

“Titanik” filminin ulduzları Leonardo di Kaprio və Keyt Uinsletlə şam yeməyi satışa qoyulub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, Leonardo Di Caprio Foundation tərəfindən təşkil olunan xeyriyyə auksiyonunun uduşlarından biridir.

Hərrac Fransada Sen-Trope kurortunda iyulun 26-da keçiriləcək.

Qalib üçün şam yeməyi oktyabr-noyabrda Nyu-Yorkda baş tutacaq.

# 868 dəfə oxunub

Müəllifin son yazıları

# # #