Otaqdakı mələk

Otaqdakı mələk
24 oktyabr 2013
# 16:44

Mələklər susanda

Mürsəlli Səbuhi

-Sənə deyirəm mənə o insan barədə bir şey demə. Anladın?

Əsəbi halda otağın qapısını çırpıp gedən Mələk artıq Arifin ona demək istədiklərini dinləmək istəmirdi. Bəlkə də, ona bunu etməyə vadar edən həyatının artıq onu yormasının verdiyi inamsızlıqdan irəli gəlirdi.

Telefonu zəng çalan Arif:

-Alo, paho, salam , necəsən?

Arif telefonu böyük həvəslə açmışdı. Lakin telefonun o tayından gələn kobud səs Arifi birdən yanıltdı. Əlləri boşalan, gözlərindən yaş gələn Arifin əlindən telefon yerə düşdü.

Bir neçə saat dinməz-söyləməz əlləri başının arasında otağın bir küncündə çöküb qalan Arif qəflətən sanki illərdir getmiş olduğu qış yuxusundan ayıldı.

-Mələk, tez mənim çantamı hazırla.

-Nə oldu yenə? Hara gedirsən?

-Az danış və çantamı hazırla. Heç bir şey soruşma.

-Necə yəni az danış məgər bu yolçuluğun uşağın ad günündən belə dəyərlidir? Artıq ikinci ildir ki, sən o uşağın ad günündə burda olmursan.

-Nə çox danışdın. Əgər məqbul olsaydı olardım. Mən sizin üçün çalışıram. Bu getməyimin də bir səbəbi var yəqin ki.

Heç bir şey başa düşməyən Mələk yenidən müddəti bilinməyən bir ayrılıq üçün Arifin çantasını hazırladı. Mətbəxdə bir stakan isti çayı boğazını yandıra-yandıra tələsik içən Arif balaca qızını qucağına alıb o üz bu üzündən öpüb Mələyə yaxınlaşdı.

Mələk Arifin ona yaxınlaşdığını görəndə gözündə gilələnən bir damla yaş hər zamankı ayrılıqlarından daha fərqli idi. Bu göz yaşı onun gözlərini acıdır, qəlbini dağlayırdı. Sözlər boğazında düyünlənən Mələk qəlbindəki sevgini Arifə hər zaman bildirirdi, lakin bu səfərki qəlb döyüntüləri, sevgi sözləri Mələyin Arifi necə buraxmaq istəmədiyini bildirirdi.

-Mələk- səsində duyulan ayrılıq qəmi Arifin istəmədən, məcburən getməyini bildirirdi.

-Arif, bu dəfə getmə. Yalvarıram sənə. Getmə. Sənsiz evim çox soyuq olur, pəncərəm açılmır, gözlərim hər yerdə səni axtarır.

Arif Mələyin alnından öpüb –Salamat qal. Özündən, uşaqdan muğayat ol- dedikdən sonra gecənin dərin və ölümcül qaranlığında gözdən itdi.

İllər ötdü, artıq 5 il idi ki, Arifin ayağı evə dəymirdi. Mələk isə uşağını yaşatmağın naminə illərdir küs olduğu ata evinə döndü. Ara-bir gəlib evini yoxlayır, bir az ağladıqdan sonra geri dönürdü. Atasının evində olduğu vaxtlarda Mələk çox əziyyət çəkirdi. Atası 2-3 ay idi ki, vəfat etdiyindən Mələyin ögəy anası artıq evin ipini əlinə almışdı. Tez-tez Mələyi sözləri ilə şişləyir, onun evdən getməyini utanmadan, açıqca dilə gətirirdi. Günlər keçir və Mələyin qızı hər gün bir az daha böyüyürdü. Artıq onun 6 yaşı var idi və Mələk bir ana olaraq övladını atalı böyütmək istəyirdi.

Sonunda əlacsız qalan Mələk Tamerlan adlı bir oğlanla evləndi. Tamerlan hündür boy, qarayanız bir oğlan idi. Lakin Mələk ona qarşı heç bir sevgi duymurdu yalnız qızı Sevinci atasız qoymamaq üçün onla evlənməyi qəbul etmişdi. Mələk min bir cid-cəhdlə də olsa Sevinci Tamerlanın onun atası olmağı yalanına inandırmışdı. İlk vaxtlar Tamerlan özü də Sevinci əzizləməyi sevirdi, amma illər keçdikcə öz uşağını əzizləməyi, öz uşağından “ata” sözünü eşitmək istədiyi üçün hər gün evdə davalar düşürdü. Tamerlan Mələklə evləndiyi günə lənət yağdırır, bədbəxt olduğunu deyirdi.

Mələk Tamerlanla evli olduğu 10 il ərzində onunla heç vaxt əri kimi görməmişdi. Tamerlan isə onu dəlicəsinə sevirdi, gözü ondan başqa heç kəsi görmürdü. Hər günkü davalardan birində Sevinc məktəbdən yenicə gəlmişdi ki, həyatını bərbad edəcək sözlərin şahidi oldu.

-Axı məni niyə bədbəxt edirsən? Mən öz uşağımın mənə ata deməsini istəyirəm. Bilirsən, öz uşağımın.

-Qışqırma, səni dinləməyə məcbur deyiləm. Bu evlilik olmamışdan əvvəl sənə demişdim axı. Biz heç vaxt ər-arvad olmayacağıq.

Sən yalnız Sevincin sənə ata deməyinə razı olduğu bildirmişdin mənə unutdunmu?

Qapının önündə donub qalan Sevinc eşitdiyi sözlərə inanmaq istəməsə sanki ürəyində kimsə ona “Hə, inan bunların hamısı doğrudur” deyirdi.

Heç bir şey etmədən qapıdan sakitcə çıxan Sevinc illər öncə Arifin etdiyi kimi səssiz-səmirsiz gözdən itdi. İllərlə axtarılmasına baxmayaraq, axtarışlar heç bir nəticə vermədi.

Arif isə Rusiyada narkobiznesin toruna düşmüşdü. Özü də elə bir tor ki, illərdir vasitəçilik edirdi. Bu illər ərzində 5 il həbs həyatı gördükdən sonra bu bataqlıqdan xilas ola bilmişdi, amma artıq Azərbaycana dönmək onun üçün heç bir məna kəsb etmirdi. Çünki 16 ildir görmədiyi qızını görmək onun üçün nə qədər inanılmaz olacaqdısa qızı üçün də o qədər sarsıdıcı olacaqdı. Bunları gözə alaraq Azərbaycana gəlmək fikrini təxirə salır.

Bu illər ərzində Mələk gün-gündən solur, qızını dərdi onu boğurdu.

Tamerlanla ayrılmışdılar və bu ayrılıq Tamerlanı çox sarsıtmışdı. Artıq 15 il idi ki, Sevinc tapılmırdı. Ayrılmaqlarına baxmayaraq, Tamerlan Mələyi hər bir şeylə təmin edirdi. Tamerlan bu ayrılığından sonra çox cəhd eləsə də evlənə bilməmişdi çünki Mələyin eşqi onun gözlərini tutmuşdu.

Tamerlan günlərini eyş-işrət məclislərində keçirirdi. Bir gün gecə klublarının birində gördüyü bir qızı çox bəyənən Tamerlan ona yaxınıaşır.

-Salam, burda olduğuna görə mən bilən sən də dərdlisən.

-Hə, dərdliyəm amma bundan sənə nə? Mən sizin kimilərə yalnız bir günlük lazım oluram. Sizi dərdlərimlə sıxmaq mənim borcum deyil.

-Yox, mən sənə bir gecəlik bir qız kimi yox. Həyatımı bağlayacağım biri kimi baxmaq istəyirəm. Bir şərtlə ki, evlilik olmayacaq. Adını demədin

-Adım Sev.. Adım Ceyladı.

Bu minval ilə həyat bilmədən yenidən Tamerlanla Sevinci üz-üzə gətirdi. Amma ikisi də o qədər dəyişmişdi ki, bir-birlərini tanımadılar.

Tamerlan bilmədən Sevinci özünə məşuqə etmişdi. Bu illər Tamerlanı çox dəyişmişdi üz gözü qırışmış saçlarına ağ düşmüşdü, gözlərinin parıltısı yox olmuşdu.

Sevinc Tamerlanı yenidən həyata döndürmüşdü. Hər kəsdən gizli bir evdə saxladığı Sevinci onun istəmədiyi qədər hər kəsdən qısqanırdı. Mələyi unutdurduğuna görə Tamerlan onu daha çox sevirdi.

Qəlbinin istəyinə qarşı gələ bilməyən Arif vətənə qayıdır və Mələyi tapır, amma ondan eşitdiyi sözlər onu sanki qılınc kimi kəsir, şaxta kimi qəlbini kəsirdi.

Mələklə yaşamağa başlayan Arif çox xəstə idi. Ürək tutmaları onu lap əldən salırdı. Həkimdə olarkən ağrılarından şikayətlənən Arif koridora çıxır və bu anda Sevincdə həmin xəstəxanaya gəlmişdi. Həkimdən ana olacağını öyrənən Sevinc həm xoşbəxt, həm də qəmgin bir halda koridorda gəzdiyi vaxt Arifi görür, amma atasını sonuncu dəfə 2 yaşında görən Sevinc onu tanımır.

Skamyada əyləşən Arifin yenidən ürəyir ağrıyır və əlini ürəyinə aparır.

-Ax, son vaxtlar məni çox yorursan, ürəyim.

-Salam, əmi. Bağışlayın narahat edirəm, amma sizə kömək edə bilərəm?

-Yox, qızım, narahat etmirsən. Bu ürəyim məni elə dağlayıb ki, ona çarə yoxdur. Heç evə getmək də istəmirəm kaş burda öləydim.

-Allah eləməsin , ay əmi. İstəyirsənsə gəl bizə gedək.

Biraz söhbət etdikdən sonra dərmanlarını da alan Sevinc Arifi evinə gətirir və söhbətə başlayırlar. Söhbət əsnasında Arifə su gətirməyə gedən Sevinc Arifin dediyi sözü eşidir.

-Hə, qızım. Mənim də sənin kimi bir qızım var idi. İndi o da sən boyda olar adı Sevinc idi.

Bu sözləri eşidəndə stəkan əlindən yerə düşən Sevinc gözlərindən yaş süzülə-süzülə digər otağa keçir və Tamerlana zəng edir.

-Alo, Tamerlan. Evə gələ bilərsən? Çox xahiş edirəm evə gəl. Atamı tapmışam. Hə, Vallah! Yalan demirəm gəl.

Yarımsaatdan sonra evdə olan Tamerlan Ariflə görüşür. Bir neçə gün Arifi evində qonaq edən Tamerlan bir gün Arifin üzüyündəki yazını oxuyur “Mələk və Sevinc” . Cin vurmuşa dönən Tamerlan Sevincin yanına gedir.

-Sən, sən, qancıq. Mənə yalan deməyin nə olduğunu deyəcəksən. Sənin adın Sevincdir amma mənə Ceyla dedin. Al bu üzüyü və oxu.

Üzüyü onun üzünə çırpır və evdən çıxır. Bir neçə saatdan sonra Mələyi də özüylə gətirən Tamerlan onların üçünü də bir yerə yığır.

-Hə düzülün bir sıraya. Mələklər ailəsi. Siz necə mələksiz ki, mənim həyatımı bədbəxt elədiz. Sizə görə mən həyat yaşamadım.

Mələyi, Arifi və Sevinci güllələyən Tamerlan dərin qəhqəhələr çəkir və başına çırpmağa başlayır bir az oturur və Mələyin leşinə baxır.

-Hə, sən, Mələk xanım. Mənim həyatımı bərbad elədin və mən də sənin həyatını bax belə bərbad etdim yanındakı leşin kimin leşi olduğunu bilirsənmi? Hə bax o, leş. O, leş sənin əziz qızın, mənim də məşuqəm Sevincin leşidir ya da ikinci adı ilə Ceylanın. Bəs , sən, Arif. Necədir? İllərdən sonra sizi mən birləşdirdim, hə mən. Kürəkənin və arvadının ikinci əri Tamerlan.

Bunları deyərək qəhqəhə çəkib gülən masanın üzərindəki hamiləlik kağızını oxuyandan sonra havalanır və ömrü-həyatında ilk dəfə ata olacaqkən özünü bundan məhrum etməyini bilən Tamerlan sonda özünü də güllələyir. Evin divarlarından isə uşaq səsləri gəlirdi. Bəlkə də bu səs anasının qarnında dünyaya gəlməmiş ölən balaca, günahsız Mələyin əbədi susmağa getməzdən öncəki son çığırtılarıdır.

# 1916 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #