Nuri Bilge Ceylan əsrin ən yaxşı filmlərini seçdi - Siyahı

Nuri Bilge Ceylan əsrin ən yaxşı filmlərini seçdi - Siyahı
28 iyul 2025
# 10:42

"The New York Times" jurnalı bu yaxınlarda 500-dən çox kino adamının iştirak etdiyi "XXI əsrin ən yaxşı 100 filmi" siyahısını təqdim etdi. Məşhur türk rejissor Nuri Bilge Ceylan da öz siyahısı ilə sorğuda iştirak edənlərdən idi.

Kulis.az rejissorun siyahısını təqdim edir.

“Əbədiyyət haqqında”

Roy Anderssonun bu poetik və fəlsəfi filmi həyatın həm gözəl, həm də qəddar tərəflərini araşdırır. Müharibənin viranəliyindən sevgi və sevincə, ümidsizlikdən mərhəmətə qədər bəşəriyyətin yuxuya bənzər hekayəsini təqdim edir.

“Qocalar üçün otaq yoxdur”

Narkotik alveri ilə bağlı əməliyyatın uğursuz nəticələnməsindən sonra kiçik bir şəhər zorakılığın mərkəzinə çevrilir. Bir ovçu təsadüfən iki milyon dollar pul tapandan sonra hadisələr daha da mürəkkəbləşir. Qan, qorxu və susqunluq iç-içə keçir.

“Oslo, 31 avqust”

Narkotik asılılığına görə müalicə olunan Anders bir günlüyünə Osloya gəlir. Köhnə dostları ilə görüşən və iş müsahibəsinə gedən Andersin keçmişi ilə indisi toqquşur.

“Şeytandan sonra”

Fransanın Opal sahilində yaşayan bir driftçi ilə zorakılığa məruz qalan gənc qadın arasında münasibət yaranır. Filmdə insan ruhunun ziddiyyətləri və qaranlıq tərəfləri araşdırılır.

“Səssiz işıq”

Meksikada konservativ Mennonit icmasında evli bir kişi başqa bir qadına aşiq olur. Onun bu hissləri imanı, ailəsi və mənəvi dəyərləri ilə ziddiyyət təşkil edir. Film səssizliklə danışmağı bacaran nadir ekran əsərlərindən biridir.

“Cənab Lazareskunun ölümü”

Yaşlı və ölüm ayağında olan cənab Lazaresku feldşerin köməyi ilə xəstəxanadan xəstəxanaya daşınır. Ancaq həkimlərin biganəliyi və sistemin laqeydliyi fonunda onun həyatı göz görə-görə məhv olur.

“Turin atı”

Fermer və onun qızı gündəlik yoxsulluq və ümidsizlik içində həyata davam edirlər. Onların yeganə dayaqları – atları ölür və həyatın mənasızlığı daha sərt şəkildə özünü göstərir.

“Keçmiş həyatlarını xatırlaya bilən Bunmi dayı”

Bunmi dayı ölümünə az qalmış keçmiş həyatlarını xatırlamağa başlayır. Mistika ilə realizmin vəhdət təşkil etdiyi film Tayland mədəniyyəti və ruhani inanc sistemləri ilə zəngindir.

“Zama”

XVIII əsrdə İspaniyanın Paraqvay koloniyasında bir məmur vəzifə yerinə yetirməyi gözləyir. Ancaq bu gözlənti zorakılıq və ümidsizliklə müşayiət olunur. Film təkcə zamanın deyil, həm də insanın içindəki boşluğun portretidir.

# 1781 dəfə oxunub

Oxşar xəbərlər

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
Entoni Hopkinsin yeni layihəsi açıqlandı

Entoni Hopkinsin yeni layihəsi açıqlandı

15:30 11 sentyabr 2026
Xalq artisti Şeyx Əbdül:  "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

Xalq artisti Şeyx Əbdül: "Bu gün şəxsi məsələləri kənara qoyaq..."

12:40 11 sentyabr 2026
"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

"Şabanoğlu Şaban" filminin davamı çəkiləcək

11:30 11 sentyabr 2026
"Bunker" filmi ayaq üstə alqışlandı

"Bunker" filmi ayaq üstə alqışlandı

10:30 11 sentyabr 2026
Almodovarın yeni filmi təqdim olunacaq

Almodovarın yeni filmi təqdim olunacaq

15:20 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər