Səidə Quliyeva: “Fuad Poladovun gözlərinin dərinliyində...” - MÜSAHİBƏ
27 aprel 2011
14:59
Xəyallarımda “Atayevlər ailəsi”nin məsum qızı Reyhan kimi iz buraxsa da sonradan Vaqif Mustafayevin filmlərində yaratdığı, Əli Əmirlinin əsərlərinin səhnə həllində oynadığı müxtəlif səpkili obrazlarla o xəyalı soluxduran, Milli Dram Teatrının aktrisası, əməkdar artist Səidə Quliyevanın KULİS.AZ-a eksklüziv müsahibəsi
- Səidə xanım, arıqlamısınız...
- Plastika, vokal dərslərinə gedirik. Trenajoru teatrın özündə quraşdırılıb onunla da məşğuluq. Bizim üçün çox yaxşıdır, həm aktyora lazımdır, həm də piyimizi əridirik də, nəyi pisdir? Vokal da səsimizin açılması üçün vacibdir. Elə xalq artistlərimiz, gənc aktyorlarımız var ki, səsi birinci sıradan o tərəfə keçmir. Belə... Öz üzərimizdə işləyirik.
İşdən getdi
- İncəsənət Universitetində dərs deyirdiniz, deyəsən getmisiniz işdən?
- Beş il olar çıxmışam, elə bir qazancım yox idi, amma vaxtımı çox alırdı, çatdıra bilmirdim.
- Tələbələrinizdən sizinlə çiyin-çiyinə işləyən var?
- Milli Dram teatrında yoxdur. İrəvan teatrında, Kukla teatrında, telekanallarda işləyirlər
- Siz İncəsənət institutundan təyinatla birbaşa teatra gələn sənətkarsınız..
- Bəli, mənimlə Nurəddin Mehdixanlı. Rəhmətlik Tofiq Kazımov dövri idi. 1978-ci ildə teatra gəldim, iki il sonra o, rəhmətə getdi. Gələn kimi Şeksprin “Heç nədən hay –küy” komediyasında Heronu oynadım
- Sizin ilk rolunuz komik olub...
- Əsər komediyadır, amma mənim rolum lirik-dramatik rol idi. İndiki komediyalar kimi gülünc hərəkətlərdən ibarət əsər deyil, Şekspir, Molyer situasiyaları komik göstərir.
“Mən bunu rejissor tənbəlliyi adlandırıram”
- Deyəsən, rejissorlar sizi lirik-dramatik janrlarda tapıblar?
- İlk dövrlərdə elə idi, mənfi rolum yadıma gəlmir. Bir “Dirilən adam”dadır, onu da mənfilikdən çıxartdım. Mənim xüsusiyyətimdən mənfilik gəlmir, əslində aktyorun ustalığı hər rolu oynaya bilmək bacarığındadır. Ampluası olmamalıdır. Məsələn, Yaşar Nurini yalnız komik obrazlar oynamaqdan “Səni axtarıram” tamaşasındakı lirik-romantik obraz xilas etdi, “damğa” götürüldü.
Təəssüflər olsun ki, “Bala başa bəla” tamaşasındakı İzzət Nəfisli obrazından sonra rejissorlar başladılar mənə elə rollar verməyə. Mən bunu “rejissor tənbəlliyi” adlandırıram. Aktyorla işləməyə, onun daxili potensialını tapmağa tənbəllik edirlər. Hazır xəmirdən çörək bişirmək asandır, amma ondan xəngəl də eləmək olar, düşbərə də. Mirzağa Əliyev deyib ki, istedad xəmir kimidir, sıxdıqca barmaqlarının arasından pırtlayıb çıxacaq.
- İzzət Nəfislidən sonra eyni səpkili rolunuz teatrda olub də?
- Elə Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular” əsərindəki obraz da eynilə həmin obrazın bənzəri idi. Əsər çox gözəl əsərdir, elə istəyirəm ki, onu yenidən səhnəyə gətirsinlər. Düşünəndə ki, Kamal Xudaverdiyevin Yaşar Nurinin oynadığı rolları kim oynayacaq? (ah çəkir)
“Fuad Poladovun gözlərinin dərinliyində axırsan”
- Görürsünüz o boşluq hər addımda görünür, nəsillər gedir, əvəzediciləri yoxdur...
- Tam sizinlə razıyam, deyirlər əvəzolunmaz aktyor yoxdur, xeyr var, Yaşar Nurini, Kamal Xudaverdiyevi, Səməndər Rzayevi, Həsənağa Turabovu kim əvəz edə bilər? Yaxşı aktyor yetişə bilər, amma onun da öz cığırı olacaq. İstəmərəm ki, məni kiməsə bənzətsinlər, amma çox istəyərdim ki, ətrafımda qüvvətli aktyorlar olsun. Tərəf müqabilini hiss edəsən, söykənə biləsən. Fuad Poladovla səhnədə onun gözlərinin dərinliyində axırsan. Elə aktyorumuz yoxdur. O, başqa bir ölkədə dünya səviyyəsində ulduz olardı.
- Bax, o dediyimiz boşluğun bir səbəbi də budur...
- Biri yox, əsas səbəbi budur. Aktyor ömrüboyu yarı ac yarı tox yaşayıb. Əsil aktyorlardan danışıram. Bu teatrda gedən dəyişikliklıərin yaxşılığa doğru olacağına çox ümid edirəm. İsrafil İsrafilovun dediklərinə əsaslanaraq ümid edirəm ki, hər şey yaxşı olacaq.
“Bapbalaca” aktyorun “Eşq və intiqam ”dan sonrası
- Adil İsgəndərovun son kursu olmusunuz, onun bir adəti varmış tələbələrini bir müddətdən sonra ayırd edirmiş ki, səndən aktyor olacaq, ya yox?
- Mən gizlətmirəm, 4-cü kursa qədər məni heç bəyənməyib, deyirdi bala, get başının çarəsini tap, olsan... olsan bapbalaca aktyor olacaqsan. Üç il əziyyət çəkdim, Süleyman Sani Axundovun “Eşq və intiqam” əsərinin tamaşasında Həcəri verdi mənə, sonra da Şeksprin “12-ci gecə” əsərində Mariyanı. Çox təzadlı obrazlardır, Adil İsgəndərov yetişdirirdi aktyoru, üstünə möhür qoymurdu ki, bu yalnız filan janrda aktyordur. Bu iki diplom tamaşasından sonra mənə dedi ki, bala sən çalışdın, səndən aktrisa olacaq.
- Bəlkə də bu da ustad bacarığıdır, içindəkini üzə çıxartmaq üçün çalışdırmalı idi...
- Həm də məndə çox böyük kompleks var idi, indinin özündə də var. Şəxsi həyatımda da bu mənə maneə olub. Tutaq ki, işimizlə bağlı asılı olduğumuz şəxslərə salam vermək, gözə girmək üçün başqaları can atar, amma mən əlimə düşən fürsətdən də istifadə etməyə utanaram. Onlar duran yerdən keçməyib, yolumu dəyişərəm, yaxud ümumu salam verib keçməklə kifayətlənərəm. Bilmirəm daha bu kompleksdir, abır-həyadır, bilmirəm. Turabov rəhmətlik həmişə aktyorların içində olardı, mən ondan qaçardım ki, deməsin özünü gözə soxur. Deyirdi ay bala, gəl bir söhbət elə, dərd sərini danış bilək, qaçardım.
- Mənə çox tanış mənzərədir...
- Bilirəm, sən də eləsən. Ona görə səninlə söhbətimiz tutur, yoxsa müsahibə verməyi xoşlamıram, yeni bir şey də yoxdur. Teatrın təmirə dayanmağı bizim yaradıcılığımızı bir az ləngitdi. Necə ki, evdə təmir olanda nələrdənsə keçirsən, itirirsən, ora da bizim evimizdir. Yaradıcılıqda ləngimə, fasilə bizə ziyandır, təki qızğın işlər olsun, bunu aradan götürsün. Canlı ünsiyyət üçün çox darıxmışam. “Uçqun” tamaşasından sonra yeni rolum olmayıb, üç ilə yaxındır
- Bəs, filmlərdə necə?
- Hal-hazırda bir serialda çəkilirəm, baxmış olarsınız, “Aramızda qalsın”, “Xəzər” telekanalının sifarişi, bizim aktyorların ifası ilə. 6 aylıq müqaviləmiz var, işimiz uğurlu alınsa davamı da olacaq. Baqif Mustafayev də deyir üç film olacaq.
Potensialı onu narahat edir
- Son illər kino fəaliyyətiniz əsasən Vaqif Mustafayevin filmləri ilə bağlıdır.
- İctimai kanalın çəkdiyi “Azarkeş” filmindən sonra çəkilməmişəm
- “Susmuş vicdan” ondan əvvəl çəkilib?
- O hələ uzanır, serialdır
- Ümumiyyətlə yaradıcılığınızda seriallar hansı yerdədir, ona sənət kimi baxırsınız, yoxsa komersiya işidir?
- İkincisidir, başqa əlac olmayanda çəkilirsən.
- Siz kinoda özünüzü daha çox tapırsınız, yoxsa teatrda?
- Teatr aktrisası olmaq daha rahatdır. amma aktrisayamsa hər ikisi mənim sənətimdir. Teatr daha çətindir, canlı ünsiyyət böyük məsuliyyətdir. Hər tamaşadan əvvəl özümü çox narahat hiss edirəm, premyeradan sonra elə bil üstümdən ağır yük götürülür. Yeməyimə qədər nəzarət edirəm ki, özümü rahat hiss edim.
- 32 ildə tam boşaldığınızı hiss edirsiniz, yoxsa istifadə olunmayan potensial sizi narahat edir?
- Edir, çox az istifadə etmişəm, hələ elə bilirəm qarşıda imkanlar açılacaq.
- Ailə ilə sənəti bir araya sığdıra bildiniz, anasınız, hamısını çatdıra bilirsiniz?
- Əvvəllər çətin idi, indi oğlum Allaha şükür 14 yaşındadır.
- Allah saxlasın, Tanrı həm onu ərsəyə çatdırmaq, həm də sənət potensialınız üçün imkanlar açsın...
- Qarşılıqlı istəkdir, sağ olun.
Ramilə Qurbanlı

2467 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024