Uşaqlara görə Teymurləngi Qara Dəmir elədilər
27 sentyabr 2012
12:35
Cənnət Səlimova: “Teatrı vəziyyətdən çıxarmalı idim”
“Məşqdən reportaj ” layihəsində
Gənc Tamaşaçılar Teatrının səhnəsində yeni tamaşanın məşqləri gedir. Dilsuz Mustafayevin “Əlincə qalası” əsərinə rejissor Cənnət Səlimova quruluş verir.
Cənnət Səlimova çox az uşaq tamaşası hazırlayıb. “Bu gün teatrın daimi tamaşaçısı uşaqlardır. Biz də buna görə tamaşaları əsasən uşaqlar üçün nəzərdə tuturuq. Hətta Axundovu da elə hazırlayırıq ki, uşağın qavrayışı üçün asan olsun . ”
Dilsuz Mustafayevin “Əlincə qalası” əsəri əsasında hazırlanmış tamaşa Gənc Tamaşaçılar Teatrının repertuarına çoxdan salınıb. Tamaşanı Vaqif Əsədov hazırlamalı idi. Cənnət Səlimova danışır ki, Vaqif Əsədov rolları bölüşdürüb, yaradıcı qrupu təyin edib, birdən deyib ki, mən serialda işləyirəm vaxtım yoxdur: “ Amma tamaşa dövlət sifarişidir, əmir divardan asılıb, vəsait köçürülüb, aktyorlar məşqə gəliblər. Mən məcbur oldum ki, teatrı bu vəziyyətdən çıxardım. Məşqlərə başladım, nə aktyorları, nə bəstəkarı, hətta rəqs quruluşunu verəni də dəyişməmişəm, bütün truppa Vaqif Əsədovun yığdığıdır. Hətta bəzən bu işimdə çətinlik yaradır. Çünki hər rejissorun öz dəsti-xətti olduğu kimi rahat işləməsi üçün də öz truppası var. Məsələn, mən bu tamaşada olan bəstəkarla, rəqqasla işləməzdim.”
Rejissor əsərin məzmunu barədə də danışdı: “Bu əsərdə tarixi həqiqətlərdən çox uydurulmuş hekayə var. Nağıl əfsanədir. Əsərin qəhrəmanı da uydurulmuş hökmdardır – Zabitə Xatun. Müəllif onu ideal dövlət başçısı kimi verir. Əmir Teymur onun ölkəsini zəbt etmək istəyir. Əmir Teymurun ordusu həm güclüdür, həm sayına görə Zabitə Xatunun ordusundan çoxdur. Qadın Əlincədə elə bir qala tikdirir ki, çox hündürdə, əlçatmaz və o qalanın içində iki ildən artıq ordakı əhaliyə çatacaq ərzaq, su yığdırır. Əmir Teymurun ordusu nə qalaya çıxa bilir, nə də zəbt edə. Teymur deyir qalanı mühasirədə saxlayın, saxlayırlar, amma artıq ordunu ərzağı, gücü tükənir, susuz qalırlar. Zabitə Xatun onlara ərzaq və su göndərib deyir ki, biz heyvan deyilik, yeyin. Onda Əmir Teymur orduya geri qayıtmağı əmir verir və deyir: “Biz onlara qalib gələ bilmərik, onlar qalibdirlər.”
Biz Cənnət xanımla söhbət etdiyimiz müddətdə səhnədə tamaşanın rəqsləri qurulur. Qızlar “Hakışta” adlı rəqsin sədaları altında rəqslərini öyrənirlər. Sənan müəllim-deyə müraciət etdikləri rəqqas deyəsən onlara hirslənib: “Sizə demişdim axı, evdə qurduğum rəqsləri çoxlu məşq edin .” Qızlar haqlı olaraq dedilər ki, etmişik, burda musiqi ilə eyniləşdirib yerləşdirməliyik rəqslərimizi. Rəqqas əlacsız qalıb qızlarla məşqə davam edir. Yeri gəlmişkən, Naxçıvan bölgəsinin folkloru olan bu “Hakışta” rəqsinin çox gözəl musiqisi və rəqs elementləri varmış.
Əsərdən fərqli olaraq tamaşada Əmir Teymurun adı dəyişdirilib.
Hə, tamaşada Əmir Teymurun adı dəyişdirilib Qara Dəmir olub. Rejissor asisenti Nofəl Vəliyev bunu onunla əsaslandırır ki, həm Əmir Teymurun tarixi imicinə zərər gəlməsin: “ Həm də uşaqlar üçün daha asan qavransın, tarixlə uydurma arasında qalmasınlar deyə adı dəyişdirdik .”
“Əlincə qalası” tamaşası oktyabrın ortalarında hazır olacaq.
Ondan sonra Cənnət Səlimova “İtalyansayağı xoşbəxtlik ” adı tamaşa üzərində işə başlamaq fikrindədir. Dediyinə görə bu şən, məzəli bir tamaşa olacaq.
Ramilə Qurbanlı

2615 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024