İti insandan üstün tutmaq

İti insandan üstün tutmaq
6 sentyabr 2013
# 17:38

Rusiya səfirliyinin yanında diqqətimi bir mənzərə çəkirdi həmişə... Bir ayağını itirmiş üç ayaqlı arıq, boz rəngli, çirkin bir köpək və onun qoca rus sahibi. Səfirliyin yanındakı bağda gəzişirlər...

Bir gün tənbəllik eləməyib marşrutdan endim. Orda idilər. Köpək gah qocanın üzünü yalayır, gah pencəyinin ətəyindən dişləri ilə tutub dartışdırır, gah da narazı-narazı zingildəyirdi. Nə istəyirdi mən anlamırdım. Amma qoca başa düşürdü. Eləmirdi istədiyini.

Köpəyin israrlı olmasına gülümsünürdü də. Birdən qaşlarını dartıb: “Vsyo ne budu delat... net i vsyo” dedi. Köpək bir az mırıldandı və susdu. Qoca başını nə qədər tumarladısa o qədər geriləyib küsdüyünü mırıldamağı ilə ifadə elədi.

Qoca: “Nu kak xoçeş!” dedi, Elə bil o da küsdü. Hərəsi bir yana çevir üzünü. Qəribə mənzərə idi. Köpək və insanın söhbəti...Nə dilində danışdılar, nə dildə anlaşdılar, bilmədim... Bəlkə də bu maraqla onlara yaxınlaşdım:

- Ya xoçu...

- Da idi tı....

- Vısluşayte...

- Da ya vas davno ne slışu....

- Kavo nas?

- Vasss!!!! Tebya toje - deyib qışqırdı...

Anladım ki bizi, adamları, insanları nəzərdə tutur

- A şto je mı nadelali?

- A şto vı ne delaeti?....tı menya ne boişsya?

- Net.

-A ya vas boyus.

- Poçemu?...

- Lyudi prosto ne lyudi...

İtə tərəf çevrildi. Məni az qala döyməyə hazır olan bu qoca yanında yoxammış kimi itdən üzrxahlıq eləməyə başladı.

- May obidilas. Nu ya je toje çelovek. Ne obijaysa. Tı je znaeş nas lutşe menya..Ya je tebe vsyo raskazal. Eto ne nado bıla delat...No oni eta delali...Prosti menya. Nu prosti May...

Mən onu anlamadım. Daha doğrusu mənə nəsə etibar eləmədi, danışmadı, başına gələnləri. Amma səsinin titrəməsindən, gözlərinin dolmasından başa düşdüyüm bu oldu ki, insanlardan nə görübsə əlini üzüb birdəfəlik. Yeganə etibarlı dostu bu köpəkdi indi. Çünki insan dilində danışmasına baxmayaraq, onu bir kəlmədən anlayır... Qoca Maya adlı köpəyinin xətrinə dəyməsinə görə peşmançılıq çəkirdi. Lap itdən peşman olmuşdu elə bil. Köpək də yumşaldı qocanın titrəyən səsini eşidib. Əvvəlcə hürdü, sonra susdu...

Susub da anlaşmaq ilk dəfə bu mənzərədə gözəl göründü mənə...

# 1924 dəfə oxunub

Müəllifin son yazıları

# # #