Evli qadının gizli sevgisi

Evli qadının gizli sevgisi
12 avqust 2013
# 15:51

Siqaret: çəkilir, bitir!

İçkilər: içilir, bitir!

Sevgilər: yaşanır, bitir!

Dərd, nə çəkilib, nə içilib, nə yaşanıb bitir...

İnsanın kölgəsidi elə bil...Ölənəcən insanın yanındadı...

Adam tanıyıram ömründə dərddən başqa heç nə çəkməyib...

Heç siqaret də...

Adam da var, dərdini dilə gətirmir, deyirlər, kef çəkir...

Evli bir qadının, ya da bir kişinin gizli sevgisinə bənzəyir dərdlə insan münasibəti... Var! Amma üzə vurulmur... danılır ... gizlədilir ... amma var!...


Dərd çəkə-çəkə qəribə bir arzu yaranıb içimdə: Allah adama iki ömür verə...

Birində dərd çəkə, o birində kef... Balans pozulmaya yəni....

# 3531 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #